Həsən Həsənovun doğum günüdür - FOTO

Gündəm

Bu gün erməni işğalçıları tərəfindən Kəlbəcərdə qətlə yetirilən Cəbrayıl rayon sakini Həsən Həsənovun ad günüdür.
H.Həsənov yaşasaydı, 39 yaşını qeyd edəcəkdi.

Qeyd edək ki, 1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. H.Həsənov iyulun 11-də ermənilər tərəfindən öldürülüb. Uzun sürən danışıqlardan sonra onun nəşi qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbiristanlığında dəfn edilib.