Aqrar universitetdə dekan qalmaqalı
- 13-12-2019, 07:29
- 1 901
Dekanlığın bir addımlığındakı adıçəkilən professorun dosyesi nöqsanlarla, töhmət və qüsurlarla, illərlə daşıdığı vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş alim – korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub. Həmin illərdə KTN-in Heyvandarlıq Elmi-Tədiqiqat İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə Gəlin ADAU-ya – baytar olun!- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan təyin edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər! Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu Yoluxmayan xəstəliklər kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da mütəxəssis hazırlığının qayğısını çəkib deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar – ADAU-da qeyri-şəffaf dekanlıq seçimlərinin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər… Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin Təhsil Nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakultəsinə kimin dekan təyin ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq./aktualxeber.az