Ramiz Zeynalovun qaynı oğlunu qətlə yetirən şəxs MƏMUR OĞLUDUR
- 3-09-2019, 11:58
- 3 507
Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
“Hürriyyət”ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadəni qətlə yetirən şəxs məmur oğludur. Bildirilir ki, həmin şəxs Ağsunun keçmiş deputatı Ərəstun Cavadovun Niyazi adlı qardaşının oğludur. Niyazi Cavadov özü isə Ərəbmehdibəy kəndinin bələdiyyə sədridir. Məlumatda o da qeyd olunur ki, hadisə həqiqətən maşına yol verməmək üstündə baş verib.