Fuad Abbasov bu gecə Bakıda olacaq
- 7-06-2019, 15:57
- 1 060
E. Paşayev qeyd edib ki, jurnalistin Bakıya bileti artıq alınıb: “O, Şeremetyevo hava limanından Bakıya uçacaq. Təqribən saat 2-3 radələrində Bakıya çatacaq”.
Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu mayın 16-da saxlayıb. Ximki Şəhər Məhkəməsi jurnalistin Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün onun deportasiya olunması haqqında qərar çıxarıb.