Artur Rasizadənin hesabat çıxışı başladı
- 17-03-2017, 12:21
- 1 741
xalqxeber.az xəbər verir ki, spiker Oqtay Əsədov vurğulayıb ki, hər il yaz sessiyasının beşinci iclasında hökumət Mili Məclisin qarşısında hesabat verir: “Ötən il dünya iqtisadiyyatında qeyri- müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bu bizim iqtisadiyyatdan yan keçib. Ölkənin ÜDM-i artıb. Ölkəmiz investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb. İnvestisiya layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait sərf edilib. Ötən il hesabatı zamanı millət vəkilləri tərəfindən təqdim edilən 50-yə yaxın təkliflər hökumət tərəfindən nəzərə alınıb”.