Prezident: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur”
- 5-04-2019, 14:13
- 1 255
Bunu Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
“Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.