HEYDƏROVLARIN BANKI KİMƏ SATILIB? – “AFB Bank”ın yeni sahibinin adı açıqlandı
- 20-02-2019, 02:01
- 3 472
Bu barədə “Report” maliyyə bazarındakı mənbəyə istinadla xəbər verir.
Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.
Xatırladaq ki, H.İsmayılov həm də “AFB Bank”la birlikdə “Gilan Holdinq” MMC-yə daxil olan “Azsığorta” ASC-nin 100%-lik səhmdarı, eləcə də “Bank of Baku” ASC-nin 31,1%-lik səhmdarıdır.
“AzPolitika.info” xatırladır ki, “Gilan” MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə şirkətidir. Bu səbəbdən “AFB Bank” ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb olub. Hətta bankın K.Heydərovun əlindən alındığını iddia edənlər də olub…