Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib... - ŞOK FAKTLAR
- 6-02-2019, 11:35
- 1 433
Bu barədə danışan məlumatlı mənbə bildirir ki, “Broker Əbülfəz” kimi tanınan "Broker MMC"-nin rəhbəri Əbülfəz Məlikovu mətbuat da, iş adamları da yaxşı tanıyır:
"Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratması sirr deyil".
Mənbə açıqlamasında bildirir ki, Əbülfəz Məlikovun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur:
"2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum, habelə gömrükdəki rəhbər dəyişikliyi səbəblərindən vəziyyət tamam fərqli yöndə dəyişməkdədir. Hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır. Məlikov cənabları əvvəlki qədərində olmasa da, öz inhisar şəbəkəsini günü gündən çiçəkləndirir".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ