“Lady Sharm” müştəriləri aldatmağa davam edir - Fotofakt
- 4-02-2019, 18:51
- 2 434
“Qafqazinfo”nun əməkdaşları bu gün adıçəkilən mağazanın bir neçə filialına baş çəkiblər. Məlum olub ki, mağazalar fəaliyyətlərini hələ də davam etdirirlər. “Lady Sharm”ın əməkdaşları isə DİN-in rəsmi məlumatını təkzib etməkdən çəkinməyiblər və yayılan xəbəri "şayiə" adlandırıblar. Maraqlıdır, görəsən, rəhbər şəxsləri həbs edilən, bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındıran mağaza daha nə zamanadək müştəriləri aldatmağa davam edəcək?