Əbülfəz Məlikova qarşı rəsmi ittiham irəli sürülə bilər - Milyonların izi ilə...
- 4-02-2019, 10:46
- 1 025
Mənbənin söylədikləri: "Onun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və generalların ona bu şəraiti yaratması faktdır. Bu gün də Səfər Mehdiyev Əbülfəz Məlikovla yaxınlığının bəlasını çəkir ki, elə onun da güdazına gedə bilər".
Redaksiyamıza daxil olan məlumatlara görə, artıq Əbülfəz Məlikovun maliyyə fəaliyyəti dövlətin müvafiq qurumları tərəfindən yetərincə araşdırıldığından barəsində hüquqi qiymətin verilməsi gözlənilir.
Danışan mənbəyə görə, Əbülfəz Məlikovun maliyyə işləri 3 dövlət qurumu tərəfindən qiymətləndirilib: "Bunlardan biri Maliyyə Nazirliyi, digəri isə Hesablama Palatasıdır. 3-cü dövlət qurmu isə məxfi araşdırma aparıb".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...