Arif Alışanov qızının oyuncaqlarını daşımaq üçün AzTV-yə TIR göndərdi - MARAQLI DETALLAR

Gündəm

AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun qızı Aynur Alışanova öz biznes fəaliyyətində Azərbaycan Dövlət Televiziyasının binasından anbar kimi istifadə edirmiş.

Bu barədə Demokrat.Az-a AzTV-dən məlumat verilib.

Məlumata görə, Aynur Alışanova "AF Mall" ticarət mərkəzində sahib olduğu oyuncaq mağazasının ehtiyyat mallarını AzTV-nin binasındakı otaqlarda saxlayırmış. Ancaq Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarılan kimi televiziyanın həyətinə TIR göndərilib.

Aynur Alışanovanın göstərişi ilə AzTV-nin otaqlarında saxlanılan oyuncaqlar TIR-a yüklənərək başqa yerə aparılıb.