Gömrük reallığı: Əbülfəz Məlikov hələ də monopolistdir - Səfər Mehdiyev üçün daha bir İSTEFA SƏBƏBİ
- 19-01-2019, 13:35
- 1 767
Mənbənin söylədikləri: "Əbülfəz Məlikob bu günə qədər gömrük sisteminin əsas qara yaralarından biri olub. İş elə gətirib ki, onun qara işləri bütünlükdə olaraq Dövlət Gömrük Komitəsinin adına MƏNFİLİK gətirib. Onun ayağında böyük maliyyə maxinasiyaları, dövlətdən gizlədilən milyonlar var. İndi bunun hesabatı verilməlidir. Yəqin ki, bu günlərdə Əbülfəz Məlikovun qapısı döyüləcək. Buna hər kəs şahid olacaq.".
Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Buna baxmayaraq dia.az olaraq onu dinləməyə hazır olduğumuzu bəyan edirik. Mövzunu diqqətdə saxlayacağıq.
QEYD: Dia.az bildirir ki, bu günlərdə mediaya açıqlama verən Səfər Mehdiyev gömrükdə inhisarçılığı sübuta yetirən bir fakta görə istefa verəcəyini bəyan etmişdi. Biz həmin faktı göstəririk, cənab Mehdiyev, buyurun: BU ADAMIN ADI ƏBÜLFƏZ MƏLİKOVDUR!
Demirik ki, istefa verin, ən azından sizi çətin duruma salacaq faktlara qarşı tədbirli olun...