“Heç kimə “uçeniya” keçmə!” - Spikerlə deputat yenə “toqquşdu”
- 10-03-2017, 14:00
- 2 215
xalqxeber.az-ın məlumatına görə, belə ki, parlamentin növbəti plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib.
“Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”- deyə, o, irad bildirib.
Bu isə spikerin təpkisinə səbəb olub.
Əsədov “Ay Zahid, heç kimə “uçeniya” keçmə! 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et... Heç kim sənə mane olmur” - deyə, bildirib.