Zərərçəkənlərin Milli Məclisdən tələbi var - “Cəbrayılovun toxunulmazlığı qaldırılsın”
- 18-12-2018, 12:57
- 1 542
Öz əl yazısı ilə borc aldığını etiraf edən, ancaq üç ildən bəri müxtəlif dövlət qurumlarının onu aldatdığını deyərək, borcunu ödəməyən deputat Cəbrayılovla bağlı sensasiyalı faktlar mətbuat konfransında açıqlanacaq. Aldığımız məlumatda deyilir ki, hazırda Məlahət Qurbanovanın vəkilləri sənədlər və digər faktlar üzərində çalışırlar. Digər şikayətçilərin əlində olan sənədlərin də toplanmasından sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, deputat Cəbrayılovla bağll maliyyə aktları, borc müqavilələri, mənzil satışı ilə bağlı sənədlər və bu məsələdə şikayətçilərin əlini gücləndirən digər dəlillər hazırdır. Yaxın günlərdə şikayət səbəblərini media ilə bölüşəcək zərərçəkənlər eyni zamanda Milli Məclisdən Cəbrayılovun toxunulmazlığının qaldırılmasını da tələb edəcəklər.
Yenicag.az