Prezident və xanımı “Ürək Mərkəzi”nin açılışında

Gündəm

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

Prezident İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüb.