CAHANGİR HACIYEVƏ QARŞI ŞOK İTTİHAM - Seçkilərə müdaxilədə günahlandırılır
- 12-10-2018, 10:20
- 1 361
Bu gün Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin Cahangir Hacıyevin barəsində həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.
Məhkəmə müstəntiqin təqdimatını təmin edib və onun həbsdə saxlanma müddətini 1 aya qədər uzadıb. Cahangir Hacıyev mühakimə olunması üçün Bakı İstintaq Təcridxanasına etap olunub.
Qeyd edək ki, Cahangir Hacıyev və onunla birlikdə ittiham olunan 25 nəfərin barəsində olan ibtidai istintaq bu gün başa çatıb.
Artıq təqsirləndirilən şəxslər və onların vəkilləri iş materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb. Bundan sonra Cahangir Hacıyevin barəsində yenidən mənimsəmə və israf etmə ittihamı üzrə cinayət işi başlanıb.
Bu dəfə Cahangir Hacıyevlə birlikdə 25 nəfər mühakimə edilir.