"Son yarım ildə Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub" - DTX-nın şöbə rəisi
- 3-03-2017, 13:36
- 1 574
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.
S. Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən “İŞİD” terror təşkilatına qoşulmağa üstünlük verib.