Səfər Mehdiyev erkən yola salına bilər... - Ona tapşırılmışdı ki...
- 17-09-2018, 15:26
- 2 336
Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində Səfər Mehdiyev DGK rəhbərliyinə müvəqqəti olaraq təyinat alıb.
"Səfər Mehdiyev postunda müvəqqətidir. Ona belə bir təlimat verilib ki, DGK-vətəndaş münasibətlərində yenlikçi siyasətə ayaq uydursun. Amma bu gün baş verənlər də təsdiqləyir ki, Səfər Mehdiyev əslində köhnədən özünün də iştirakçısı olduğu talançı aparatı daha da təkmilləşdirməklə yanaşı, sadəcə olara öz biznes maraqlarına uyğun dəyişikliklərlə yetindi. Ondan istəniləni nisə tamam fərqli bir proses idi" deyən mənbə açıqlamasında onu da əlavə edib ki, məhz bu bazımdan yaxın vaxtlarda gömrük rəhbərliyində erkən dəyişiklik baş verərsə, təəccüblənmək lazım deyil.
Mənbənin söylədikləri: "Belə bir rəy var. Səfər Mehdiyev özünə gömrük imperiyası qurur. Elə zənn edir ki, onu görmürlər, amma əksinə, bu gün nəzərlər üzərindədir və yaxın vaxtlarda sərt cəza tədbilrəi işə düşə bilər ki, bunun bir təzahürü də elə Səfər Mehdiyevin görəvdən alınmasıdır".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Bizi izləyin.
DİA.AZ