Anar Məmmədovun yelkənvari “Trump Tower”i söküləcək
- 11-09-2018, 10:00
- 3 140
33 mərtəbəli yelkənəbənzər göydələnin sökülərək Yusif Səfərov küçəsinə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələn strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır.
Lakin o zamanlar Məmmədovların renesans dövrüydü, Anar Məmmədovun “Qarant holdinq”i milyonluq layihələri istədikləri ərazilərdə icra edirdilər.
ABŞ- prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi.
“Trump Organisation” şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.
Bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi “Qarant holdinq”dir.
Donald Trump haqqında “Örtüksüz Trump” adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında “Qarant holdinq”lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.
Ümumiyyətlə, göydələnin tikintisində Trampın şirkətinin investorluq etməsi haqda müfəssəl informasiyalar yoxdur və şübhələr var.
AzEuroNews.com