Polkovnikin ölümünə səbəb olan şirkət rəhbərinə cinayət işi açıldı

Gündəm

"Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə "İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək zəbt etməsi barədə daxil olmuş şikayət əsasında Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Azinforum.az-a istinadən xəbər veririk ki, hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir. Xatırlatmaq istəyirik ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdi. Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.

Yazıda adları çəkilən şəxslə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.