“Azərişıq” ölkədəki son durumu açıqladı: hansı ərazilərdə işıq yanmır?
- 3-07-2018, 10:27
- 1 577
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, hazırda Bakı şəhərinin ərazisi 100 faiz elektrik enerjisi ilə təmin olunub.
Regionlarda isə bu göstərici 75-80 faizdir.
"Azərişıq" rəsmisi deyib ki, hazırda şimal bölgəsi 100 faiz enerji ilə təmin olunub.
Aran rayonlarında və cənub bölgəsinin enerji təminatında isə problemlər qalır. Hazırda bu problemlərin aradan qaldırılması istiqamətində işlər gedir.