Prezident Mingəçevir İES-da baş verən hadisəni nəzarətə götürdü
- 3-07-2018, 10:01
- 1 240
xalqxeber.az-ın xəbərinə görə, məlumatda deyilir:
“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.