Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

Gündəm

Prezident İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik məktubu göndərib

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost xalqınıza ən xoş arzularımı yetirirəm".