Generallar AXC-nin yubileyinə həsr olunan veloyürüşdə
- 28-05-2018, 12:19
- 1 943
Veloyürüş Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilib.
Veloyürüşdə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.