Astroloqdan Bakı meri postu ilə bağlı İLGİNC PROQNOZ - "Bu mühüm posta üç namizəd var"
- 1-05-2018, 09:14
- 1 869
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cebhe.info-ya açıqlamasında Bakı icra başçısının kimliyi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib:
“Bakı şəhər İcra Hakimiyyətinə təyin olunacaq adam hakimiyyətdaxili mübarizənin nəticəsindən asılı olacaq. Bakı meri çox strateji postdur. Ora kimin təyin olunacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Çünki mübarizə daxildə gedir və nələrin baş verdiyindən heç kimin xəbəri yoxdur. Hesab edirəm ki, təyinatın yubanmasının səbəbi də məhz odur”.
Astroloq Səbuhi Rəhimli isə Bakı Şəhər İcra Hakimiyyətinə 3 namizəd olduğunu və bu həftə ərzində təyinatın olacağını deyib:
“Yeni həftədə (30 aprel-6 may) xalqımız yeni merin kimliyini biləcək. Bu mühüm posta üç namizəd var. Onlardan ikisi hazırda icra başçısı işləyir, biri isə icra başçısı işləmir. Onlardan birinə Rusiya qəti etiraz edir, birini də Türkiyə hökuməti arzulamır. Onlardan ikisi rəqib qruplaşmalardan birinə, biri isə digərinə məxsusdur. Uzun sürən dövlətlər və hökumətlərarası dartışmadan sonra nəhayət ki, yetkil qərara gəlinib. Dünən və bu gün real namizədə son təlimatlar verilib. Bu qədər ipucları yetmirsə, son əlavəmi də edim ki, namizəd kişidir”.