Səlim Müslümovun Gömrük Komitəsinə yolları açılıb
- 22-04-2018, 23:15
- 4 529
Göründüyü kimi ölkə başçısının yeni təyinatlarında gözlənildiyi qədər də elə ciddi bir dəyişiklik baş verməyib. Gozlənilməyən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Əli Şamiloviçdən alınaraq Rövşən Rzayevə həvalə edilməsi və Səlim Müslümovun tutdugu vəsifəsindən kənarlaşdirilması oldu. Əli Həsənov komitə sədrliyindən azad edilsə də,Baş Nazirin müavinlərindən biri kimi fəaliyyətini davam etdirəcək. Bəs Səlim Müslümov? Xatirlatmaq lap yerinə düşərdi ki, Səlim Müslümov da uzun müddətdir dövlət orqanlarında mühüm vəzifələr tutmuş, Prezident İlham Əliyev komandasında sədaqətlə xidmət göstərmiş şəxslərdən biridir. Bununla yanaşı, Səlim Müslümov həm də güclü bir iqtisadçı kimi şöhrət qazanmış, iqtisadi sahədə bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Bəs bu kimi xidmətlərin qarşılığında Səlim Müslümovu nələr gözləyir? Təbii ki, Dövlət Gömrük Komitəsində Aydın Əliyevin boş qalmış yeri. Məlum olduğu kimi Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dovlət Sosial Müdafiə Fonduna rəhbərliyə qədər uzun müddət maliyyə sistemində çalışmış, 2000-2002 – ci illərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2002-ci ildə mərhum Prezident Heydər Əliyevin fərmanı ılə ona gömrük xidməti general mayor rütbəsi verilmişdir. Odur ki, Səlim Müslümovun sözügedən vəsifəyə təyinatı başqa namizədlərdən fərqli olaraq daha gözləniləndir. Onsuz da yaxın günlərdə bir sıra dəyişikliklərin, yeni təyinatların şahidi olacağıq. Səlim Müslümov da şübhəsiz yeni vəzifə alanların siyahısında olacaq.
Aktualinfo.org