Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?
- 13-04-2018, 14:41
- 1 783
Məlumat üçün bildirək ki, “Global media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, Baş müdir kimi təqdim olunan Məmməd Gülməmmədovun kim olduğunu müəyyənləşdirmək çətin olmadı. O, “Ölkə.az” saytının baş redaktorudur. Bu layihə ilə bağlı təqdim olunan adlar içində ən diqqət çəkəni isə idarə heyətinin rəhbəri kimi qeyd edilən Elnur Abdulayev oldu. Faktiki olaraq şirkətin başında dayanacaq bu soydaşımız kimdir? Azinforum.az bu xüsusda maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq əlaqələrinə malikdir – onun baldızı oğludur. Elnur Abdullayev Ziya Məmmədovun nazir olduğu dönəmdə yüksək vəzifələrdə çalışıb. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Qeyd edə ki, yeni fəaliyyətə başlayan dövrlərdə ölkə.az saytı da Ziya Məmmədova yaxın olan KİV kimi tanınırdı. Bizə o da məlumdur ki, indiyə kimi Tükiyədə media layihələrilə SOCAR və ona yaxın dairələr məşğul olub. Hətta yeni açılan telekanalın da, SOCAR-a yaxın şəxslər tərəfindən ərsəyə gətirildiyinə dair məlumatlar var. Onda isə maraqlı sual yaranır: belə qlobal və əhəmiyyətli layihəyə rəhbərlik niyə məhz Ziya Məmmədov yaxın olan adamlara həvalə edilib? Mövzuya qayıdacayıq…
Azinforum.az