Düşmən qoşunlarını ön xətdə cəmləşdirir - Nazir cəbhədə+Foto
- 23-02-2017, 11:35
- 1 639
xalqxeber.az xəbər verir ki, nazirliyinə informasiyasına əsasən, Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.