Prezident: "Azərbaycanda dözümlülük həyat tərzidir"
- 15-03-2018, 10:39
- 1 339
Bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, tədbirdə iştirak etmək üçün 50-dən çox ölkədən nümayəndə Azərbaycana gəlib: "500-dən artıq qonağımız var. Onların arasında 47 ölkənin hazırki dövlət və hökumət başçıları, siyasətçilər, tanınmış alimlər, ziyalılar, həmçinin vətəndaş cəmçiyyətinin fəalları var. Əminəm ki, bu tədbir çərçivəsində biz beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələlərini müzakirə edəcəyik. Bilirəm ki, biz təhlükəsizliyi, sabitliyi bütün dünyada təmin etmək üçün tövsiyələr irəli sürəcəyik. Azərbaycanda bir sıra beynəlxalq təbirlər keçirilib. Bu tədbirlər əməkdaşlıqlara xidmət edir, boşluqları aradan qaldımağa zəmin yaradır”.
"Məqsədimizi sabitliyin, təhılükəsizliyin xalqların araspnda qarşıqllı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, - deyə, dövlət başçısı əlavə edib.