"Eldar Mahmudovun çetesindən MTN-də qalanlar var" - İTTİHAM
- 14-03-2018, 15:34
- 763
Qeyd edək ki, həbsdə olan Anti-Terror mərkəzinins abiq rəisi Elçin Quliyev özünün mçəhkəmə prosesində Mətləb Mustafayevin şərlədiklərini etiraf edib. o, bildirib ki, nazir Eldar Mahmudov bu həbsi prokuorluqlıa razılaşdırdıqdan sonra ona göstərtiş verib: “Biz də onun evinə silah qoyub həbs elədik”.
Onu da xatırladaq ki, Mətləb Mustafayev bir neçə il əvvəl intihar etmiş MTN-nin şöbə rəsinin müavini polkovnik Malik Mustafayevin qardaşıdır.
Mətləb Mustafayev hələ bir neçə ay bundan öncə Gununsesi.info-ya açıqlamasında bildirmişdi ki, onu həbs edərkən qardaşı MTN-də onunla görüşüb və qollarında qandal görməsi ona pis təsir edib: “Məni öz işlədiyi qurumda qolumda qandal görən zaman pıçıltı ilə “30 il xidmət etdiyim orqan mənə xəyanət etdi” demişdi. Mənlə görüşündən sonra gedib özünü asıb”.
Yeri gəmişkən, onu da vurğulayaq ki, müstəntiq Elşən Murtuzovun tək cinayəti bundan ibarət deyil. Belə ki, o, MTN-nin baş redaktorumuz Pərviz Həşimliyə qarşı həyata keçirdiyi cinayətin də iştiakçısı olub. Jurnalistə qarşı saxta-qurama cinayət işinin istintaqına o rəhbərlik edib.