Gürcüstanın baş naziri Bakıda
- 12-03-2018, 12:48
- 1 588
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Giorgi Kvirikaşvilini Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.