Mikayıl Cabbarov gömrüyə də nəzarət etmək istəyir - İDDİA
- 26-02-2018, 10:52
- 1 518
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatda bildirilir ki, prezident seçkilərindən sonra bir sıra dövlət qurumlarının ləğv edilməsi və birləşdirilməsi nəzərdə tutulur.
Struktur islahatları nəticəsində Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyi ilə birləşdirilməsi gözlənilir. Bununla da Vergilər Nazirliyinin səlahiyyətlərinin artacağı istisna olunmur.