Dünyanın gözü Davosda - Əliyev də ordadır
- 17-01-2017, 10:57
- 1 743
400 sessiyanın təşkil ediləcəyi forumda 4 istiqamətdə müzakirələr aparılacaq:qlobal əməkdaşlığın yenidən gözdən keçirilməsi, qlobal iqtisadiyyatın canlandırılması, kapitalizmin islah olunması və dördüncü sənaye inqilabına hazırlıq.
Forumda mindən çox şirkət rəhbəri, o cümlədən “Lukoyl” şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov, 70-dən çox ölkədən, xüsusilə “Böyük iyirmilik” ölkələrinin hamısından nümayəndə heyəti, həmçinin BVF, BMT, ÜTT ( Ümumdünya Ticarət Təşkilatı) kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
Azərbaycanı Davosda bu il prezident İlham Əliyev, Rusiyanı baş nazirin birinci müavini İqor Şuvalov, Türkiyəni baş nazir köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi, Çini dövlət başçısı Xi Jinping, İngiltərəni baş nazir Theresa May, ABŞı prezident yardımçısı Joe Biden, Ukraynanı dövlət başçısı Petro Poroşenko təmsil edəcək.