SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “AST Telman” və qardaşları “serial qatil” rolunda- film indi başlayır...

“AST Telman” və qardaşları “serial qatil” rolunda- film indi başlayır...

Tarix:

15-11-2017, 09:32

/ 4 662 dəfə oxundu.
“AST Telman” və qardaşları “serial qatil” rolunda- film indi başlayır...

Fransa Telman və Vaqif İsmayılovların təhvil verilməsi üçün Rusiyadan ciddi faktlar istəyəcək; istintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var
Məlum olduğu kimi, ötən həftə Moskvanın Basman Rayon Məhkəməsi “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov(“AST Telman”) barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o, beynəlxalq axtarışa verilib.
İki gün əvvəl isə “AST Telman”ın qardaşı Vaqif Ismayilov barəsində də beynəlxalq axtarışa verildiyi məlum olub. Rusiya mediası yazır ki, o, Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.
Bundan başqa, istintaq hesab edir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti Vaqif İsmayılov güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. Məlumdur ki, V.İsmayılov uzun müddət Rusiya DİN-də etnik zəmində olan cinayətkarlıqla mübarizə bölməsinə rəhbərlik edib.
Qeyd olunur ki, V.İsmayılov 2016-cı ilin payızında istintaqdan yayınır. Ona qarşı ittihamlar 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin istintaqa ifadəsindən sonra ciddiləşib. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.
Əvvəl istintaqçılar V.İsmayılovun Rusiyada olduğunun güman ediblər və axtarışlar bu ölkədə aparılıb. Amma sonra məlum olub ki, Vaqif qardaşının yanında-Türkiyədədir. Onların yayın sonunadək “Mardan Palace”də olduqları bildirilir. Amma son məlumatlara görə, Türkiyə hakimiyyətinin onları Rusiyaya təhvil verə biləcəyindən ehtiyatlanaraq Fransaya sığınıblar. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, qətldə suçlanan iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbələr T.İsmayılovun hətta İsraildə olduğunu iddia edirdilər. Vəkili isə deyir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə o bildirib.
Yada salaq ki, İsmayılov qardaşlarından biri Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlananaraq həbs edilib. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
T.İsmayılov üzə çıxmadıqca, onun barəsində hər ötən gün yeni ittihamlar yer alır. T. İsmayılov indi də ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlində günahlandırılır. Rusiya KİV-ləri “Rövşən Lənkəranskinin” böyük rezonans doğurmuş qətlində Telman İsmayılovun adının hallandığını yazır. İddia olunur ki, guya “AST Telman” bu günlərdə azadlığa buraxılmış “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) qardaşı Namiq Səlifov vasitəsilə killerlərə “Rövşən Lənkəranski”nin yeri barədə məlumat verib.
“Rövşən Lənkəranski”nin qətlinin üstü açılmayıb və bu cinayətdə “Lotu Quli”nin əlinin olduğu da sübuta yetirilməyib. İkinci bir tərəfdən, “Lənkəranski” ilə T.İsmayılov dost olublar və onların birgə şəkilləri də var. Kriminal dairələrə və “Rövşən Lənkəranski”yə yaxın, adlarının çəkilməsini istəməyən mənbələr də “Sputnik Azərbaycan”a deyiblər ki, T.İsmayılovun kriminal avtoritetin aradan götürülməsində əli ola bilməsi uydurmadır. “Hamı bilir ki, Telman İsmayılov ”Rövşən Lənkəranski" ilə yaxın olub. Bu dostluğun əlaməti olaraq İsmayılov “Mardan Palace”dakı nömrələrdən birini pulsuz olaraq “qanuni oğru” və onun adamlarının sərəncamına vermişdi. Və onlar orada yaşayırdılar", deyə mənbə bildirib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, istintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində də şübhəli bilinir. Daha bir qətl ittihamı isə müğənni Avraam Russo ilə bağlıdır. Bildirilir ki, T.İsmayılov müğənniyə prodüserlik edrmiş. Sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub - kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.
Beləliklə, vaxtilə Rusiyanın biznes və siyasi elitasında tanınmış simalar olar İsmayılov qardaşları bir ölkənin hüquq sistemi ilə qarşı-qarşıya gəlib. Ehtimal etmək olar ki, Rusiya rəsmin olaraq Fransaya İsmayılovların ekstradisiyası üçün müraciət etsin. Fransa isə bu ittihamların sübutu üçün konkret faktlar istəyəcək. İstintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var.

“YM”

Şərhlər

XƏBƏR LENTİ