Akif Çovdarova hökm oxundu
- 30-10-2017, 17:24
- 78 386
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hakimlər kollegiyası adıçəkilən şəxslər barədə qərar verəcək.
Hökmdə onların əmlaklarının müsadirə edilməsi, hərbi rütbələrinin alınıb-alınmamasına da baxılacaq. İstintaq zamanı təqsirləndirilən şəxslərin 33,5 milyon manatlıq mülkləri üzərinə həbs qoyulub.
Hökm saat 14:30-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan ediləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, A.Əliyev və O.Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.