Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
- 13-10-2017, 14:33
- 110 674
Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Bolqarıstan prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.