Azərbaycan Prezidentinin Belçikaya səfəri başa çatıb
- 7-02-2017, 09:34
- 1 540
Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb.
Dövlət başçısı səfərin son günü Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.