Dini liderlər Brüsselə gedir - Siyahıda şeyxin adı yoxdur
- 21-09-2017, 11:31
- 101 415
Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.
Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:
Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslamUniversitetinin dekanı
Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı
Aleksandr Şarkovski – Yəhudi icmasının sədri
Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Rasim Xəlilov - “Həyat Sözü” protestant dini icmasının başçısı
Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri