Rusiyanın Baş Qərargah rəisi Bakıda - Əliyevlə görüşəcək
- 7-09-2017, 14:21
- 110 107
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qerasimov paytaxtda NATO Hərbi komitəsinin sədri, general-polkovnik Pyotr Pavel ilə görüşəcək. Onlar beynəlxalq təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.
Bundan başqa, rusiyalı generalın prezident İlham Əliyevlə və Müdafiə nazirinin birinci müavini, Azərbacan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla görüşəcəyi bildirilir.