Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
- Bu gün, 15:04
- 0
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 58 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.