Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
- Bu gün, 10:59
- 189
"Mən "Push30" platformasının aktiv abunəçisiyəm, ödənişimi tam etmişəm. Keçən günlərdə hesabımı tamamilə əsassız şəkildə bloklayıblar. Səbəb kimi isə mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub.
Gülünc və absurd olan isə budur: Qızımın rəsmi olaraq öz adına aktiv Atilla fitness kartı var! Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını vurur həmişə mən isə push 30la keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir "şər-böhtan" ssenarisi uydurublar.
İndi isə: ❌ Nə hesabımı açırlar, ❌ Nə də istifadə edə bilmədiyim günlərin pulunu geri qaytarırlar.
Açıq-aşkar vətəndaşın pulunu mənimsəyirlər və müştəri xidmətləri standart robot cavablarından başqa heç bir köməklik göstərmir. Belə bir özbaşınalıq, belə bir yiyəsiz sistem ola bilməz! Ödəniş alanda hər şey əladır, problem düşəndə isə müştərini günahkar çıxarıb ortadan qaçırlar.
Məsələ ilə bağlı artıq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və bankıma (Chargeback prosesi üçün) rəsmi müraciətlər olunur. Kiminsə haqqını bu şəkildə tapdalamağınıza icazə verməyəcəm..."(Dia-az)