Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Gündəm / Cəmiyyət


Ağdaşda avtomobili ildırım vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı avtomobil ildırım vurması nəticəsində yanıb.

Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.