"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub
- 2-04-2026, 13:45
- 1 074
Bu barədə Rusiya KİV-i "Qazprom"un açıqlamasına istinadən məlumat verib.
"Bu gün gecə saat 00:40-dan 01:00-a qədər olan müddətdə "Türk axını" qaz kəməri ilə tədarüklərin etibarlılığını təmin edən "Russkaya" kompressor stansiyası təyyarə tipli üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin və mobil əməliyyat qruplarının birgə fəaliyyəti nəticəsində hücum dəf edilib, "Qazprom" ASC-nin obyektinin vurulmasının qarşısı alınıb", - məlumatda qeyd olunub.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarındakı "Russkaya" kompressor stansiyasına Ukrayna dronlarının hücumunun dəf edilməsi barədə martda məlumat vermişdi.