İsveçrə səfiri İranı tərk edib
- 11-03-2026, 18:31
- 2 324
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar İsveçrə Xarici İşlər Nazirliyi İsveçrənin İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib”, - məlumatda deyilir.
Nazirlik əlavə edib ki, səfir və 5 diplomatik missiya əməkdaşı İranı quru yolu ilə tərk edib və ölkə hüdudlarından kənarda təhlükəsizdirlər.
Bildirilib ki, vəziyyət normallaşan verən kimi diplomatlar Tehrana qayıdacaqlar.