Bəhreynin "Bapco Energies" şirkəti fors-major elan edib
- 9-03-2026, 11:43
- 1 682
Bu barədə "Əl-Cəzirə" Bəhreyn mətbuatına istinadən məlumat yayıb.
Bildirilib ki, şirkət bu bəyanatı İranın yaxın günlərdə "Bapco" neft emalı zavoduna hücumundan sonra verib.
Xatırladaq ki, fors-major hal tədarük sahəsindəki öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən icra edilə bilmədiyi hallarda müvafiq tərəfi məsuliyyətdən azad edən hüquqi mexanizmdir.
"Bapco" Bəhreynin başlıca neft emalı müəssisəsi və ölkənin enerji sahəsinin strateji əhəmiyyətli obyekti hesab olunur.