Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib
- 14-02-2026, 12:24
- 1 456
Bu barədə fondun məlumatında qeyd edilib.
Məlumata əsasən, fond 150 milyon qırğız somu və yaxud 1,7 milyon ABŞ dolları məbləğində vəsaiti iki lot üzrə yerləşdirməyi planlaşdırır: 9 ay müddətinə 100 milyon qırğız somu və yaxud 1,1 milyon ABŞ dolları və 12 ay müddətinə 50 milyon qırğız somu. Hər iki lot üzrə start faiz dərəcəsi illik 11 % səviyyəsində müəyyən edilib.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 3 milyon ABŞ dolları hərraca çıxarıb - hər biri 1 milyon ABŞ dolları olmaqla üç lot, 12 ay müddətinə və illik 4 % başlanğıc faiz dərəcəsi ilə.
Hərracın nəticələrinin təsdiqlənməsi müddəti 19 fevral 2026-cı ilədək müəyyən edilib.
AQİF 2022-ci ildə Azərbaycan və Qırğızıstan hökumətləri arasında imzalanmış saziş əsasında iqtisadi əməkdaşlığı dəstəkləmək və Qırğızıstanda layihələri həyata keçirmək üçün yaradılıb. Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dollarına qədər artırılıb. Fond 5-7 illik müddətə 200 min ABŞ dollarından 20 milyon ABŞ dollarına qədər olan layihələrə investisiya yatırır. Fondun qərargahı Bişkekdə yerləşir.