Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - NARAZILIQ VAR...
- 30-01-2026, 09:11
- 1 027
Patrul.az xəbər verir ki, artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.
Tikinti sahəsində müşahidə olunan durğunluq isə həm ərazidə yaşayan sakinlərin, həm də yoldan istifadə edən sürücülərin diqqətini çəkir. Sakinlər işlərin dayanmasının layihənin ümumi icra qrafikinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildirirlər.
Qeyd edək ki, sözügedən yol layihəsi tamamlandıqdan sonra ərazidə nəqliyyat axınının rahatlaşacağı, alternativ marşrutların yaranacağı və sıxlığın azalacağı gözlənilir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Məsələ ilə bağlı rəsmi qurumların və məsul şəxslərin açıqlamasını təqdim edəcəyik.(Patrul.az)