Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Gündəm / Dünya


Ermənistan baş naziri Nikol Paşinyan Naxçıvanla həmsərhəd Arazdəyən (Yerasx) kəndində gömrük və sərhəd terminallarının tikiləcəyini deyib. 

O bu barədə İrəvanda keçirilən "Ermənistan və dünya risklər və imkanların kəsişməsində" konfransında bildirib. 

Paşinyan həmçinin İcevan-Qazax hissəsində yeni infrastruktur həllərinin tətbiqini də istisna etməyib. Onun sözlərinə görə, Türkiyə sərhəddəki Armavir bölgəsindəki Marqara sərhəd keçid məntəqəsində bir , Şirakdakı Axurik keçid məntəqəsində isə başqa bir körpünün inşası gündəlikədir.