Balakəndə əməliyyat - İcra başçısı saxlanıldı

Gündəm

Dövlət Təhlükəsizliyi Xidməti Balakən rayonunda əməliyyat həyata keçirib.
Xalqxeber.Az xəbər verir ki, əməliyyat zamanı Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. 
Xalqxeber.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Əldə etdiyimiz məlumata görə, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.