KİV: Hindistan Rusiya neftini İranla əvəzləmək istəyir
- 25-09-2025, 15:52
- 561
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Hindistan rəsmiləri bir daha Donald Tramp administrasiyasına bildiriblər ki, Rusiya neftinin idxalının əhəmiyyətli dərəcədə azaldılması yalnız İran və ya Venesueladan neft almağa icazə verildiyi halda mümkündür.
Bu həftə ABŞ-a səfər edən Hindistan nümayəndə heyəti bu tələbi amerikalı rəsmilərlə keçirdikləri görüşlərdə bir daha səsləndirib. Məsələdən xəbərdar mənbələrin sözlərinə görə, Hindistan tərəfi bildirib ki, eyni vaxtda Rusiya, İran və Venesueladan neft idxalının dayandırılması qlobal neft qiymətlərinin artmasına səbəb ola bilər.